16 dekabr 2013 01:49

Elnur Allahverdiyev: Mahirin əvəzində mən olsaydım, hakim qırmızı vərəqə verərdi

"Qəbələ"nin müdafiəçisi Elnur Allahverdiyevin azerisport.az saytına müsahibəsi
 
- Komandanız "Neftçi"yə məğlub oldu. Deməli, günahkar ilk növbədə siz futbolçularsız...
- Elədi ki, var. Amma mən hər bir futbolçunu ayrı-ayrılıqda ittiham etmək fikrində deyiləm. Ötən tur biz son saniyələrdə vurulan qolla qələbə qazanmışdıq. Bu dəfə isə əksinə, özümüz oxşar qolla məğlub olduq.
 
- Yenə də oyun zamanı azarkeşlər sizi təhqir etdilər. Amma bu dəfə siz də onlara cavab verdiniz. Nə olmuşdu?
- Mən onlara nə etmişəm, bilmirəm. Bunlar hamısı öncədən hazırlanmış şeylərdi.
 
- Siz bunu kimlərin təşəbbüsü hesab edirsiz?
- Klubun. Axı onlar nəyə görə məni təhqir etməlidilər? Azərbaycan yığmasının futbolçusuyam, hər oyunda maksimum gücümlə çalışıram. Mən də azərbaycanlıyam. Bütün bunların niyə baş verməsi mənim özümə də maraqlıdı. Yəni məni özümdən çıxarmaq üçün belə edirlər?
 
- Sizin azarkeşlər də Mahir Şükürovu təhqir etdilər...
- Bu da bizim azarkeşlərin cavabı idi. Yeri gəlmişkən, hakim hələ ilk hissədə Mahiri meydandan qovmalı idi. O, bir neçə epizodda Leonardo da Silvaya qarşı kobud oynadı. Mahirin yerinə mən olsaydım, hakim məni dəqiq meydandan qovardı.
 
- Növbəti turdan sonra məxsus olduğunuz "Xəzər Lənkəran"a qayıtmalısız...
- Bu barədə heç düşünmürəm də. Düzdü, mən komandadan Con Toşaka görə getmişdim. Amma artıq çox şey dəyişib.
 
- Mustafa Dənizli sizi istəsə, qayıdacaqsız?
- "Xəzər Lənkəran"da oynayıb-oynamayacağım Dənizlidən yox, özümdən asılıdı. İlk növbədə mənim bunu istəməyim lazımdı.
 
- Mövsümü hansı komandada bitirmək istədiyinizi deyə bilərsiz?
- Mən həmişə iddialı klublarda oynamışam. Ən yaxşı illərimi Lənkəranda keçirmişəm. "Xəzər Lənkəran" o vaxt mənə qarşı düzgün davranmadı. Əgər "Qəbələ" olmasaydı, qışa kimi futbolsuz qalacaqdım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.