16 dekabr 2013 14:14
Bernhard Lippert: Telefonumu kimsə oğurlamayıb
Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippert azerisport.az saytına müsahibəsində, dünən axşam “Bakı”nın bazasındakı stadionun VIP-lojasında guya telefonun oğurlanması ilə bağlı şayiələri təkzib edib.
“Mənim telefonumu oğurlamayıblar. Mən telefonumun itdiyini gördüm və öz nömrəmə zəng etdim. Hətta “Bakı”nın bazasına qayıtdım. Telefon orada yox idi. Sonra dostlarımdan biri mənə zəng etdi.məlum oldu ki, telefon maşında oturacaqların arasında qalıb. Buna rəğmən, mən ilk axtarışımda heç nə tapmamışdım”.
