16 dekabr 2013 13:44
Əfran İsmayılov: Ayağımı yenidən müayinə etdirməliyəm
“Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirilmiş oyun (2:1) və zədədən sonra meydana dönüşü haqda danışıb.
- Çox az adam “Bakı”nın “Qarabağ” məğlub edəcəyini gözləyirdi.
- Ola bilər. Biz yaxşı oyun göstərib layiqli qələbə qazandıq. Oyunun özü çox maraqlı alındır. Yarış cədvəlinin liderinə müqavimət asan olmadı. Ancaq, komanda rəqibə qarşı yaxşı köklənə bildi və üç xalı götürdü.
- Bu oyun, zədədən sonra sizin meydana dönüşünüzlə əlamətdar oldu. Çətin deyildi?
- Meydana qayıtdığım üçün çox şadam. Ancaq düzü, mən özüm oynamaq istəmirdim. Buna rəğmən, məşqçi hesab etdi ki, mən 20 dəqiqə oynasam, yaxşı olacaq. Ancaq oyundan sonra zədəli yerdə ayağımda ağrılar hiss etdim. Buna görə də, yenidən müayinə olunmalı, nə baş verdiyini müəyyən etməliyəm.
- İkinci dövrənin son oyununu buraxmaq ehtimalınız var?
- Belə şeylər olur. Bunda fövqəladə bir şey yoxdur. Artıq yaxın günlərdə sağlamlıq durumum haqda öyrənəcəyəm və “Qəbələ”yə qarşı çıxışım məlum olacaq. Buna hələ vaxt var, nikbin olacağam.
- Söz “Qəbələ”dən düşmüşkən. Komandanısız son turlarda təqvimi sadə deyil. Əvvəlcə “Qarabağ”, indi isə “radarlar”. Bu görüşdən nə gözləyirsiniz?
- “Qəbələ” hazırda çempionatın liderlərindən biridir. Növbəti turda bu rəqibdən xallaq qoparmaq üçün, biz bu oyuna mümkün qədər yaxşı hazırlaşmalıyıq.
- Dünən “Qəbələ” “Neftçi”yə 1:2 hesabı ilə məğlub oldu. Liderlərdən birinin büdrəməsi, “Bakı”ya ilk üçlüyə tez çatmağa kömək etdi?
- Əlbəttə, bu, bizim xeyrimizə oldu. Ancaq bunun özü də, vacib deyil. Bu mənada ki, ilk növbədə “Bakı”nın qələbəsi vacibdir. Digər amillər ikinci plandadır.
