16 dekabr 2013 00:38
Xəzər Lənkərandan son matça istirahətsiz hazırlıq
Topaz Premyer Liqasının 17-ci turunda "Rəvan"ı minimal hesabla (1:0) məğlub edən “Xəzər Lənkəran” istirahətsiz məşq edəcək. Azerisport.az xəbər verir ki, komanda bu gün saat 16:30-da oyunsonrası bərpa məşqini keçirəcək.
Bu isə o deməkdi ki, futbolçular yalnız hazırlıq prossesinin başlama saatına qədər istirahət edə biləcəklər. Dekabrın 17-də və 18-də isə iki gün ardıcıl olaraq instensiv məşqlərlə Lənkəran klubu ilin son matçı olan “Sumqayıt”la oyuna hazırlaşacaq. Dekabrın 19-da oyunöncəsi son məşqini keçirəcək “Xəzər Lənkəran” ertəsi gün “Fırtınalar meydanı”nda gəncilk şəhəri təmsilçisini qəbul edəcək. (12-ci oyunçu)
