16 dekabr 2013 00:25
Rahid Əmirquliyev ili erkən başa vurdu
Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran" - "Rəvan" oyunu meydan sahiblərinin kapitanı Rahid Əmirquliyevin bu il çıxdığı son qarşılaşma olub. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu növbəti turda komandasına kömək edə bilməyəcək.
Buna onun "Rəvan"la görüşdə növbəti dəfə sarı vərəqə ilə cəzalanması səbəb olub.
Qeyd edək ki, "Xəzər Lənkəran" 18-ci turda "Sumqayıt"ı qəbul edəcək.
