15 dekabr 2013 12:33

Ağasəlim Mircavadov: Neftçi sanki qalib ruhunu itirib

Futbol mütəxəssisi Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqası, Berti Foqtsun milli komandanın sükanı arxasında işinə mümkün davamı və Yuri Syominin bu vəzifəyə namizədliyi haqda danışıb.
 
- Çempionatı izləyirsiniz?
- Əlbəttə. Düşünürəm ki, hər şey öz axarında gedir. Məhz güclü olan qalib gəlir. Ancaq hazırda çempionluğun taleyi üç komanda arasında həll olunur. İkinci dövrə artıq sona yaxınlaşır. Cəmi iki tur qalır və ən çox xal yığmağı bacaran komandaya üçüncü dövrənin əvvəlində daha asan olacaq. “İnter” “Xəzər Lənkəran”la oyunda xal itirməsəydi, bu mübarizəyə qoşula bilərdi.
 
Qarşıdakı iki turda çox şey həll ola bilər. Birinci və üçüncü yerlər arasında fərq cəmi iki xaldır. Əgər komandalar çempionluğa can atırlarsa, öz yolunda hamını məğlub etməlidirlər. Buna rəğmən, sonda “qızıl”ı kimin götürəcəyini demək, çətindir. Hər şey dəyişə bilər. Düzdür, 9 xal geridə qalmış komandanın rəqabəti saxlaması halı bizim çempionatda yoxdur. Bu, İngiltərə premyer-liqası deyil ki, mümkün olsun. Ancaq qeyd edim ki, oyuna görə çox komandalar yaxşı təsir bağışlayır. Ancaq xallara gəlincə cəmi üç komanda irəlidədir.
 
- Yəqin ki siz, yarış cədvəlinin iki lideri - “Qarabağ” və “Neftçi” arasındakı son oyuna (3:1) baxmışınız?
- Neftçi sanki qalib ruhunu, istəyini itirib. “Qarabağ” isə çox yaxşı oynayır. Komanda aşkarca öz axarındadır. Mən deyərdim ki, fevral və martda bizi çox maraqlı və çətin oyunlar gözləyir.
 
- Bəs yarış cədvəlinin alt sıralarında ola n komandalar gəlincə?
- Bilirsiniz, 10 komanda 4 dövrə oynayır. Bu, ona gətirir ki, bir komanda digər rəqiblə dörd dəfə görüşür. Ancaq rəqibdən aşkar güclüsənsə, bu az qala 12 xalın təminatıdır.
 
- Qarşıda qış fasiləsidir və transfer pəncərəsi açılır...
- Qışda komandalar yaya hazır olmaq üçün, kimlərlə güclənmək barədə düşünməlidir. Ancaq bu vaxt ərzində oyunçu tapmaq asan deyil. Çünki çoxlarının qüvvədə olan müqaviləsi olur. Əgər bizim komandalar avrokuboklarda uğurlu çıxış etmək istəyirsə, onda indidən hazırlaşmalıdırlar ki, oyunçular yeni kluba öyrəşsin.
 
- Bu yaxınlarda “Xəzər Lənkəran”ın sükanı arxasına məşhur türk mütəxəssis Mustafa Dənizli keçdi və o, bu vəzifədə digər məşhur mütəxəssis, uelsli Con Toşakı əvəzlədi. Necə hesab edirsiniz, Dənizlinin “Xəzər Lənkəran”da işləri alınacaq?
-mən çox istərdim ki, alınsın. “Xəzər Lənkəran”a çempionluğa köklənən komanda kimi həmişə hörmət etmişəm. Əlbəttə ki, azarkeşlərə də. Lənkəranda işləmək və yaşamaq çətindir. Bu mənada ki, məşqdən sonra sərbəst vaxtını harada keçirəcəyini və istirahət edəcəyini bilmirsən. Axı futboldan da arada bir qədər yayınmaq lazımdır.Artıq psixoloji təzyiq olmaz. Mən hesab edirəm ki, baza stadionun yaxınlığında olmamalıdır ki, komanda mənən futbol meydanı üçün darıxsın.
 
- Klub suallarından milli tərəfə keçək. Artıq dekabrın 18-də yığmanın baş məşqçisi sualına aydınlıq gətirəcək AFFA-nın İcraiyyə komitəsinin iclası keçiriləcək. Necə hesab edirsiniz, Foqts öz postunda qalacaq?
- Hazırda, mən belə başa düşürəm ki, Foqts qalacaq. Çox söz-söhbət olub. Ancaq hər şey buna gətirir ki, çox güman ki, o, komandanı tərk etməyəcək. Ancaq əvvəlki tək, onun qarşısında qoyulan məqsədlər aydın deyil. Hər halda, qərarı İcraiyyə komitəsi qəbul edəcək və onun qarşısında məqsədləri müəyyən edəcək.
 
Berti Foqtsun millini Avro-2016-nın final mərhələsinə çıxarmaq istəyi yada düşür.
- Söz-söhbət var və rəsmi müqavilələr var. Çox şey danışmaq olar. Əsası isə, müqavildə olandır. Yox əgər əcnəbi dəvət etmək qərarına gəlsələr, qoy yaxşısı budur ki, Foqts qalsın. O, artıq oyunçuları da, yerli klubları da tanıyır.
 
- Bu günlərdə Rusiya mətbuatında bildiriblər ki, “Qəbələnin baş məşqçisi Yuri Syomin Foqtsun yerinə əsas namizəddir.
- Birincisi, onun “Qəbələ” ilə müqaviləsi var. Bizdə Azərbaycanda “müqavilə” sözünü heç də həmişə ciddi qəbul etmirlər. Ancaq bu, peşəkar fəaliyyətdir. Orada nəyi etmək, nəyi etməmək göstərilib. Əgər ona bu təklif edilibsə, onda son qərarı klub prezidenti verəcək. Belə ki, onun qüvvədə olan müqaviləsi var. İkincisi, məşqçi klub və yığmada işləyəndə bu, həmişə xeyirli deyil. Öz təcrübəmdən deyirəm. Ötən əsrdə Valeri Lobonovskinin işindən daha məşhur misal gətirmək olar. O zaman Lobanovski Kiyev “Dinamo”sunun və SSRİ yığmasının məşqçisi vəzifəsini icra edirdi. SSRİ yığmasında uğurlu zaman kəsiyi vardı. Ancaq ümumilikdə alınmadı. 80-ci illərin sonunda uğurlu çıxışı xatırlamaq olar. Ancaq onda yığmanın 90 faizi Kiyev klubunun oyunçularından təşkil edilmişdi.
 
İstənilən halda, məşqçinin uğur gətirməsini istəyirəm. Ancaq mən özüm yerli məşqçinin tərəfdarıyam. Çünki yerli, mentaliteti də bilir, oyunçuları da tanıyır və dil əngəli yoxdur. Bütün bunlar müsbət təsir edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.