15 dekabr 2013 11:20
Berti Foqts 17-ci turun 2 oyununu canlı izləyəcək
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts yenidən Bakıya gəlib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis Topaz Premyer Liqasının 17-ci turunun 2 oyununu canlı izləyəcək.
O, bu gün keçiriləcək oyunlardan "Bakı" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" görüşlərinə stadiondan tamaşa edəcək.
