15 dekabr 2013 19:06
Popoviçlə Nduka oynamadı, komandaları qələbə qazandı
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Tavşanlı Linyitspor” klubu da bu gün növbəti matçına çıxıb.
Azərbaycan millisinin sabiq futbolçusu Usim Nduka ilə qapıçı Andrey Popoviçin heyətində yer aldığı bu komanda evdə “Bursaspor”la qarşılaşıb. Görüş həmyerlilərimizin komandasının qələbəsi ilə başa çatıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Lakin təəssüf ki, onların heç biri bu qarşılaşamada forma geyməyib.
Qeyd edək ki, “Tavşanlı Linyitspor” hazırda 12 xalla 18-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
17-ci tur
15 dekabr
Tavsanlı Linyitspor - Boluspor - 3:2
