15 dekabr 2013 18:23
Şahin Diniyev: Heç-heçə daha ədalətli nəticə olardı
"Rəvan"ın baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşdıqları "Xəzər Lənkəran"la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "aslanlar"ın çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Maraqlı oyun oldu. Komandamdan razıyam, sona kimi mübarizə apardıq. Fikrimcə, hesab 1:1 olsaydı, bu, ədalətli nəticə olardı. Hesabı bərabərləşdirmək üçün bir neçə imkanımız oldu”.
