15 dekabr 2013 19:55
Qarabağ Bakıya, Qəbələ Neftçiyə uduzdu (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasının 17-ci turuna yekun vurulub. Azerisport.az xəbər verir ki, turun son günündə 3 qarşılaşma baş tutub.
Günün ilk qarşılaşması paytaxda baş tutub. "Bakı" doğma divarlar arasında lider "Qarabağ"ı qəbul edib. Ağdam klubu bu görüşdə məğlubiyyətdən qaça bilməyib. Lənkəranda "Xəzər Lənkəran" autsayder "Rəvan"ı sınağa çəkib. Mustafa Dənizli çempionat çərçivəsində çıxdığı ilk ev oyununda qələbə sevinci yaşayıb.
Günün və turun sonuncu oyunu "Bakcell Arena"da baş tutub. Turun mərkəzi oyununda "Neftçi" digər çempionluğa iddialı "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirib. Görüşün son saniyələrində vurulan qol paytaxt klubuna qələbə qazandırıb.
Topaz Premyer Liqası
17-ci tur
15 dekabr (bazar)
BAKI – QARABAĞ - 2:1 (0:0)
Qollar: D.Çesnauski, 59 (1:0), R.Əliyev, 73 (2:0), U.Kapolonqo, 76 (2:1).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov.
Bakı. “Bakı” FK-nın təlim məşq bazasının stadionu.
BAKI: 29. Kamran Ağayev (k), 2. Deyvidas Çesnauski, 3. Yure Travner, 4. Pedro Mario Alvares, 5. Ruben Qonzales, 11. Rauf Əliyev, 12. Etto, 17. Risto Ristoviç, 21. Elvin Məmmədov, 23. Lukas Mario Horvat, 34. Şəhriyar Əliyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov, 10. Aleksandar Soliç, 15. Alberto Noquera, 20. Mindauqas Kalonas, 30. Vüqar Bəybalayev.
QARABAĞ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov (k), 10. Muarem Muarem, 25. Ansi Aqolli, 41. Corc Leroy, 55. Bədavi Hüseynov, 70. Çumbinyo, 99. Nikolas Gelaşvili.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 11. Ulrix Kapolonqo, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 23. Tural İsgəndərov, 33. Təmkin Xəlilzadə, 44. Eltun Yaqublu.
XƏZƏR LƏNKƏRAN – RƏVAN - 1:0 (1:0)
Qol: E.Mbilla, 26 (1:0).
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.
Lənkəran. “Xəzər Lənkəran” mərkəzi stadionu.
XƏZƏR LƏNKƏRAN: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 20. Etame Mbilla, 22. Deyvid Sakkoni, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 33. Duqlas Leyte, 9. Uğur Pamuk, 11. Zohair Benuahi, 12. Junior Nildo, 17. Kazım Kazımlı, 21. Radomir Todorov, 23. Nikola Qliqorov.
RƏVAN: 1. Lukaş Sapela, 4. Yamin Ağakərimzadə, 5. Aqil Nəbiyev, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (k), 19. Hüseyn Axundov, 20. Miloş Adamoviç, 27. Rəşad Abdullayev, 33. Sohib Savankulov, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Frederik Holster, 9. Elnur Abdulov, 11. Kamil Nurəhmədov, 23. Kristian Torres, 30. Cəmşid Məhərrəmov, 89. Vüsal Qarayev.
NEFTÇİ – QƏBƏLƏ - 2:1 (1:1)
Qollar: A.Abdullayev, 12-pen (1:0), L.D.Silva, 45+3 (1:1), M.Şükürov, 90+5 (2:1)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev.
Bakı. “Bakcell Arena” stadionu.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 14. Bahodır Nasimov, 15. Erik Ramos, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 5. İqor Mitreski, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 28. Emin Mehdiyev.
QƏBƏLƏ: 27. David Petrkeviç, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 10. Dodo, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 19. Abdulvahid Afolabi, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva, 88. Müşfiq Teymurov.
Ehtiyat oyunçular: 55. Cavidan Hüseynzadə, 3. Nikola Valentiç, 5. Sadiq Quliyev, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 11. Yannik Kamanan, 22. Assis Rodriqes.
Turun digər oyunları: İnter - Sumqayıt - 2:0, Simurq - AZAL - 3:0.
| 1 | Neftçi | 17 | 10 | 4 | 3 | 26 | 17 | +9 | 34 |
| 2 | Qarabağ | 17 | 9 | 6 | 2 | 29 | 11 | +18 | 33 |
| 3 | Qəbələ | 17 | 10 | 2 | 5 | 25 | 16 | +9 | 32 |
| 4 | İnter | 17 | 8 | 3 | 6 | 27 | 19 | +8 | 27 |
| 5 | Bakı | 17 | 8 | 3 | 6 | 29 | 19 | +10 | 27 |
| 6 | Simurq | 17 | 5 | 7 | 5 | 16 | 14 | +2 | 22 |
| 7 | AZAL | 17 | 5 | 6 | 6 | 15 | 22 | –7 | 21 |
| 8 | XL | 17 | 4 | 7 | 6 | 12 | 21 | –9 | 19 |
| 9 | Rəvan | 17 | 1 | 6 | 10 | 9 | 29 | –20 | 9 |
| 10 | Sumqayıt | 17 | 1 | 4 | 12 | 8 | 28 | –20 | 7 |
Bombardirlər:
9 - Vaqif Cavadov (İnter)
7 - Reynaldo (Qarabağ), Mindauqas Kalonas (Bakı).
6 - Əfran İsmayılov (Bakı), Daniel Subotiç (Qəbələ), Leonardo da Silva (Qəbələ).
5 - Baçana Sxadadze (İnter), Bahodir Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ).
