15 dekabr 2013 13:29
Lans qələbə qazanıb, 2-ci pilləyə yüksəldi (VİDEO)
"Bakı"nın prezidenti Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubu Fransa 2-ci liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, "Bakı-2015" formalı komanda 17-ci tur çərçivəsində səfərdə "Anje" ilə qarşılaşıb.
Bu görüşdə qazanılacaq qələbə "Lans"ı turnir cədvəlinin ikinci pilləsinə yüksəldəcəkdi. Qarşılaşma "Lans"ın 2:1 hesablı çətin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Lans" hazırda 32 xalla 2-ci pillədə qərarlaşıb.
Fransa 2-ci liqası
17-ci tur
14 dekabr
Anje - Lans - 1:2
