15 dekabr 2013 13:05
Atletiko 5 azərbaycanlı futbolçusu ilə darmadağına imza atdı
Madriddə təlim-məşq toplanışını davam etdirən "Bakı"nın U-14 komandası səhər məşqindən sonra İspaniya U-15 liqasının “Atletiko” (Madird) - ”Real” Palomeras qarşılşamasını izləməyə yollandı. Azerisport.az xəbər verir ki, bu oyun bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi.
Belə ki, “Atletiko”nun heyətində İspaniyada uzun müddətli təlim keçən 5 futbolçumuz yer alacaqdı. Cavid Mikayıllı, Rahil Əliyev, Qəlbinur Adıgözəlli və Asim Abdullazadə start heyyətində yer aldılar və kifayət qədər inamlı təsir bağışladılar. Ümumiyyətlə, oyun “Atletiko”nu böyük üstünlüyü şəraitində keçdi və onlar rəqib qapılarından 19 cavabsız top keçirdilər.
İkinci hissədə Ruslan Süleymanov da oyunua qoşuldu və meydandakı azərbaycanlı futbolçuların sayı beşə çatdı. Onu da qeyd edək ki, yeniyetmə futolçularımız bu qələbədə önəmli pay sahibi oldular. Qəlbinur Adıgözəlli 5, Ruslan Süleymanov isə 2 dəfə fərqləndilər.
U-14 komandamızın üzvləri bu qarşılşamanı tribunadan izlədilər və sonadək “Atletiko”lu futbolçularımızı dəstəklədilər.
