15 dekabr 2013 00:15
Davud Kərimisiz Fəthiyəspor qalib gəldi (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Davud Kəriminin çıxış etdiyi “Fəthiyəspor” klubu da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası evdə “Adana Demirspor”la qarşılaşıb. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Qapıçımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, Davudun adı bu görüşün də iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Fəthiyəspor” geridə qalan turlarda 12 xal toplayıb və hazırda 17-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
17-ci tur
14 dekabr
Fəthiyəspor - Adana Dəmirspor - 2:1
