15 dekabr 2013 00:03
Subaşiçli Orduspor yenə də xal itirdi, zirvədə qaldı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” klubu da növbəti matçına çıxıb.
Ordu təmsilçisi evdə “Bucaspor"la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada hesabı meydan sahibləri açsa da, Branimirin komandası üstünlüyü son dəqiqələrdə əldən verib.
Subaşiçin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. O, bu dəfə də start heyətdə meydana çıxıb. Amma o, 89-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Orduspor” geridə qalan turlarda 33 xal toplayıb və 1-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
17-ci tur
14 dekabr
Orduspor - Bucaspor - 1:1
