14 dekabr 2013 00:15

Liderlər üçün çətin sınaq

Bu gün Topaz Premyer Liqasında 17-ci tura start veriləcək. Azerisport.az xəbər verir ki, turun 2 görüşü ilk, qalan 3 qarşılaşma isə 2-ci oyun günündə baş tutacaq.
 
Zaqatalada "Simurq" doğma azarkeşlərinin gözü önündə AZAL-ı sınağa çəkəcək. "Təyyarəçilər" bu rəqiblə oyunlarda böyük üstünlüyə malik olsa da, son 4 matçda heç-heçə qeydə alınıb. AZAL indiyə qədər bu rəqibinə 8 dəfə qalib gəlib. Daha 8 görüşdə heç-heçə qeydə alındığı halda, Zaqatala klubu cəmi 3 dəfə 3 xala sevinən tərəf olub. Topların fərqində də paytaxt təmsilçisi böyük üstünlüyə malikdi - 26:16. "Simurq"un AZAL-la son oyunlarda böyük sindromu var. Belə ki, ümumilikdə son 11 görüşdə bakılılar meydanı ən azı 1 xalla tərk edir. Azərbaycan Kubokunda "Araz Naxçıvan"a və Premyer Liqada "Qəbələ"yə məğlubiyyətdən sonra "Simurq"da psixoloji vəziyyət o qədər də yaxşı deyil. Məhz bu üzdən də AZAL-la oyun ev sahibləri üçün ciddi əhəmiyyət kəsb edir. Cari mövsümdə ilk dəfə Şüvəlanda üz-üzə gələn cütlüklər meydandan 1:1 hesablı bərabərliklə ayrılmışdı.
 
Günün digər oyunu isə paytaxtda baş tutacaq. "İnter" doğma meydanda autsayder "Sumqayıt"ı sınağa çəkəcək. Əvvəlki ev oyunlarında rəqibini məğlub edən “İnter” 6-cı dəfə qarşılaşacağı rəqiblə görüşlərdə hələ uduzmayıb. 4 oyunda qələbə qazanan "bankirlər" bu rəqibinə yalnız 1 oyunda xal verib. Sumqayıtlılar əvvəlki 5 matçda qola da həsrət qalıb. Təbii ki, "İnter" bu göstəricidə də öndədi - 7:0. Heyətdə ciddi problemləri olan Sumqayıt təmsilçisini çətin oyun gözləyir. Belə ki, Samir Abbasov, Slavik Alxasov və Ruslan Qurbanov bugünkü oyunda komandasının çıxışını tribunadan izləyəcək. "İnter"də isə əhval-ruhiyyə yüksəkdi. Sumqayıtda keçirilən ilk qarşılaşmada "bankirlər" rəqib qapısından 2 cavabsız top keçirmişdi.
 
Son turda "Qarabağ"a uduzaraq zirvəni əldən verən “Neftçi” bu dəfə çempionluq yolundakı digər əsas rəqibi “Qəbələ” ilə üz-üzə gələcək. 22-ci dəfə üz-üzə gələcək komandaların əvvəlki oyunlarında üstünlük “Neftçi”nin tərəfindədi. "Ağ-qaralar" əvvəlki görüşlərdə 10 qələbəyə sevinib. "Qəbələ" 6 dəfə belə uğura imza atdığı halda daha 5 görüş sülhlə yekunlaşıb. Topların fərqində də "Neftçi" öndədi - 30:19. Son 3 oyunda paytaxt təmsilçisi məğlub olmayıb. Komandalar son 4 matçında isə meydanı qolsuz tərk etməyiblər. Yuri Syominin komandası ən azı ikinci pillədəki mövqeyini qorumaq üçün uduzmamağa borcludu. Əks halda "Neftçi" bölgə təmsilçisini yenidən 3-cü pilləyə sala bilər.
 
Lider “Qarabağ” isə bu tur səfərdə “Bakı” ilə üz-üzə gələcək. Paytaxt klubu 44-cü dəfə qarşılaşacağı “Qarabağ”ı yalnız top fərqində üstələyir - 50:49. Çünki hər iki komanda əvvəlki oyunlarda eyni sayda (15) qələbə qazanıb. Qalan 13 görüşdə isə qalib müəyyənləşməyib. Bu dəfə vurulacaq ilk qol rəqiblərin duellərində 100-cü qol kimi tarixə düşəcək. Ardıcıl 3 matçdı rəqibini məğlub edən ağdamlılar son 5 görüşdə uduzmayıb. Axırıncı 2 matçda isə “Bakı” 3 qol buraxmaqla uduzub. "Qarabağ" liderliyini qorumaq üçün mütləq qələbə qazanmalıdı. Amma heyətində ciddi itkilər olan komandanı heç də asan sınaq gözləmir. Çünki "zolaqlılar" son dövrlər ardıcıl qələbələrlə özünə gəlməkdədi.
 
Mustafa Dənizli ilə çempionatdakı ilk matçında "İnter"lə heç-heçə edən “Xəzər Lənkəran” bu dəfə Lənkəranda da bir debütə imza atmış olacaq. Çünki türkiyəli mütəxəssis ilk dəfə doğma azarkeşlər qarşısında komandasını Premyer Liqa matçına çıxaracaq. Ölkə kubokunda Lənkəranda darmadağına sevinən Dənizli indi eyni uğuru çempionatda da təkrarlamağa çalışacaq. “Xəzər Lənkəran” paytaxt təmsilçisi ilə bütün ev oyunlarında meydanı qolsuz tərk etməyib. Lakin baş tutan 7 qarşılaşmada cüzi üstünlük “Rəvan”ın tərəfindədi. Paytaxt klubu 2 qələbə qazandığı halda, cənubluların cəmi 1 qələbəsi var. Daha 4 görüşdə isə tərəflər sülhə razılaşıblar. Topların fərqində isə cənub təmsilçisi öndədi - 9:7.
 
Topaz Premyer Liqası
7-ci tur
14 dekabr (şənbə)
 
17:00. Simurq – AZAL
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Tahir Əhmədov.
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Şahin Cəfərov.
Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu.
 
17:00. İnter – Sumqayıt
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. “Şəfa” stadionu.
 
15 dekabr (bazar)
 
14:00. Bakı – Qarabağ
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
“Bakı” FK-nın təlim məşq bazasının stadionu.
 
16:00. Xəzər Lənkəran – Rəvan
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
 
18:00. Neftçi – Qəbələ
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. “Bakcell Arena”.
 
1 Qarabağ 16 9 6 1 28 9 +19 33
2 Qəbələ 16 10 2 4 24 14 +10 32
3 Neftçi 16 9 4 3 24 16 +8 31
4 İnter 16 7 3 6 25 19 +6 24
5 Bakı 16 7 3 6 27 18 +9 24
6 AZAL 16 5 6 5 15 19 –4 21
7 Simurq 16 4 7 5 13 14 –1 19
8 XL 16 3 7 6 11 21 –10 16
9 Rəvan 16 1 6 9 9 28 –19 9
10 Sumqayıt 16 1 4 11 8 26 –18 7
 
Bombardirlər:
8 - Vaqif Cavadov (İnter)
7 - Reynaldo (Qarabağ), Mindauqas Kalonas (Bakı).
6 - Əfran İsmayılov (Bakı), Daniel Subotiç (Qəbələ).
5 - Baçana Sxadadze (İnter), Bahodir Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ), Leonardo da Silva (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.