14 dekabr 2013 12:12
Şahin Diniyev: Lənkəranda atletik futbol görəcəyik
“Rəvan”ın baş məşqçisi Şahin Diniyev azerisport.az saytına açıqlamasında futbol üzrə Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçiriləcək oyun haqda fikirlərini bölüşüb:
“Oyuna yaxşı hazırlaşmışıq. Oynamağa gedirik. Görək, bundan nə hasil olacaq. Oyuna ehtimal verə bilmərəm. Müsbət nəticə qazanmaq istəyirik. Ot örtüyünün vəziyyəti pis olacaq. Buna görə də çox güman ki, meydanda atletik futbol gedəcək. Təəssüf ki, həmişəki kimi kadr itkiləri var. Ancaq ümid edirəm ki, itkilərsiz də işimizin öhdəsindən gələcəyik”.
