14 dekabr 2013 12:00
Zaqatala stadionu qar altında qaldı
Bu gün futbol üzrə Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Simurq” evdə AZAL-ı qonaq edəcək. Azerisport.az xəbər verir ki, güclü qar yağması səbəbi ilə Zaqatala Olimpiya kompleksinin stadionunun ot örtüyü qar altında qalıb.
“Simurq”un mətbuat xidmətindən verilmiş məlumata əsasən, oyuna qədər meydan qardan təmizlənəcək.
Xatırladaq ki, görüş 17:00-da başlayacaq.
