14 dekabr 2013 19:30
"Oyundan da, nəticədən də narazıyam"
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşdıqları "İnter"lə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Oyunumuz alınmır, qələbə qazana bilmirik. Səbəbini bilmirəm. Hücum xəttindən narazıyam. Rəqibin cərimə meydançasına qədər gəlirik, lakin son ötürmələrdə, qapıya zərbələrdə qeyri-dəqiqlik var. Oyundan və nəticədən narazıyam”.
