14 dekabr 2013 19:14
Vaqif Sadıqov: Ən zəif oyunumuz idi
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşdıqları "Simurq"la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:3 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Bu mövsüm, demək olar ki, ən zəif oyunumuz idi. Əsas heyətin bir neçə futbolçusu müəyyən səbəblərdən bugünkü oyunda iştirak etmirdi. “Simurq”u qələbə münasibəti ilə təbrik edirəm”.
