14 dekabr 2013 19:07
Yığmamızın hücumçusu Bundesliqada qol vurdu
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Toğrul Eratın çıxış etdiyi "Fortuna" səfərdə meydana çıxıb.
Düsseldorf təmsilçisi "Enerji Kottbus"un qonağı olub. "Fortuna" 7-ci dəqiqədə hesabda geri düşsə də, 4 dəqiqə sonra Ervin Hoffer bərabərliyi təmin edib. 63-cü dəqiqədə Çarlison Benskop qonaqların ikinci qolunu vurub. 20 dəqiqə sonra Toğrul Erat matçın yekun nəticəsini müəyyənləşdirib - 3:1. Bu, futbolçumuzun 2-ci Bundesliqada ilk qolu olub.
Qeyd edək ki, "Kayzerslautern"lə oyunda "Fortuna"nın əsas komandamsında debüt edən Toğrulla yanaşı, 21 yaşadək futbolçulardan ibarət yığmamıza namizəd olan, Bolqarıstanla oyunda millimizdən dəvət alsa da, zədə üzündən gələ bilməyən Eren Taşkın da "Fortuna"nın U-23 komandasından əsas heyətinə cəlb olunub. Eren bu günkü matçı ehtiyat oyunçular skamyasından izləyib.
"Fortuna" 18 oyundan sonra 25 xalla turnir cxədvəlinin 9-cu pilləsində qərarlaşıb.
