14 dekabr 2013 18:46
Cihan izlədi, Sivasspor qələbə qazandı
Futbol üzrə Türkiyə Super Liqasında 15-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası doğma meydanda "Çaykur Rizəspor"u qəbul edib. Sivas təmsilçisi hesabda geri düşdüyü matçda qələbə qazanıb - 3:1.
Baş məşqçi Roberto Karlos Cihana bu oyunda şans verməyib. Futbolçumuz matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, 15 turda 26 xal qazanan "Sivasspor" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
