14 dekabr 2013 15:33

Con Oluremi: Ümid edirəm ki, AZAL-ın uğursuzluqları başa çatıb

 AZAL-ın yarımmüdafiəçisi Con Oluremi azerisport.az saytına müsahibəsində komandasının Topaz Premyer Liqasındakı çıxışından danışıb.
 
- Qarşıda sizi “Simurq”la oyun gözləyir. Bu rəqib haqda nə deyə bilərsiniz?
- Çox yaxşı təşkil edilmiş komandadır. Ötən dəfə biz üç xalı almağa yaxın olduq. Görünür ki, biz öz qələbə seriyamızı davam etdirməyi çox istəyirik.
 
- Düşünmürsünüz ki, Zaqatalada rəqibin üstünlüyü olacaq və AZAL-a qələbə qazanmaq asan olmayacaq?
- Onların nəyə görə üstün olacaqlarını göstərəcək səbəb görmürəm. Biz əvvəllər də səfərdə qələbə qazanmışıq və bu da istisna deyil. Sadəcə olaraq, biz yaxşı hazırlaşmalı və öz planımızı həyata keçirməliyik.
 
- Ancaq yenədə olsun, bu, “Simurq”un doğma meydanda ikinci oyunudur və bu, onları oyuna daha yaxşı kökləyə bilər. Həmçinin, “Simurq” sizin yaxşın izləyicinizdir ki, bu da oyuna xüsusi prinsipiallıq verə bilər. Elə deyilmi?
- Bəli, həqiqətən də. Fasiləyə qədər son iki turda biz mümkün qədər mütləq xal yığmalıyıq. Onların yarış cədvəlində bizi izləməsinə gəlincə, bu, heç bir təzyiq doğurmur. Biz istənilən halda qələbə qazanmaq isatəyirik.
 
- Ötən turda “Rəvan” üzərində qələbə, komandanıza nəinki üç xal gətirdi, həmçinin, AZAL-ın çempionatda 10 oyunluq qələbəsiz seriyasına son qoydu. Sizcə, bu qədər vaxtda qələbə qazanmağın mümkün olmamasına səbəb nə idi?
- Bizim yaxşı oynamayıb üç xala layiq olmadığımız bir-iki oyun olub. Ancaq əksər oyunlarda biz mübarizə aparırdıq. Bəxtimiz gətirmirdi. Ümid edirəm ki, bu uğursuzluq sona yetib, uğur bizim düşərgəyə qayıdıb və indi biz qələbə qazanmağa başlayacağıq.
 
- Oyunun özü barədə nə deyə bilərsiniz?
- Bu, xariqüladə oyun idi (gülür). Hər iki komandanın qol vəziyyətləri, şansları vardı. Komandamıza layiq olduğu qiyməti vermək lazımdır. Son dəqiqələrdə iki qolla qələbəni qopartmaq, futbolda az-az olur. Ancaq biz istəyimizə nail olduq. Biz bu qələbəyə doğrudan da, ehtiyac duyurduq.
 
- Siz özünüz də qol vəziyyətləri üçün şans olduğunu qeyd etdiniz. Ancaq maraqlıdır, 90-cı dəqiqəyə qədər qol vurmağa nə mane olurdu?
- Futbolda bəzən belə də olur. Ola bilər ki, biz bir qədər toparlanmalıyıq. Ola bilər ki, bizim bir qədər uğura ehtiyacımız vardı. Ancaq əvvəl-axır, biz özümüzə lazım olan qolları vura bildik. Bu, əhəmiyyət kəsb edən anlamdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.