14 dekabr 2013 13:33
Ruslan Abışov: Pley-offda Yuventusun rəqib olmasını istərdim
"Rubin"in və Azərbaycan yığmasının futbolçusu Ruslan Abışov azerisport.az saytına müsahibəsində Avropa Liqasındakı görüşdən, sağalan zədəsindən və ilin yekunlarından danışıb.
- Zədədən sonra oynamaq çətin idi?
- Zədədən sonra oynamaq elədə asan olmur. Qorxursan ki, köhnə zədəni təzələyəsən. Digər tərəfdən, fiziki hazırlığın istənilən səviyyədə olmur. Üstəlik meydanda olduğun müddətdən maksimum istifadə etməyə çalışırsan ki, bu da sənə əlavə təzyiq yaradır.
- Baş məşqçi oyundan sonra nə dedi?
- Fərdi söhbətimiz olmayıb. Qurban Berdıyev bütün futbolçuları təbrik etdi. "Rubin"in Avroliqadakı ideal çıxışına görə təşəkkürünü bildirdi.
- Əvvəlcədən 45 dəqiqə oynayacağını bilirdin?
- Zədədən qayıdan futbolçu üçün ən yaxşı 45-60 dəqiqə oynamaqdır. Əvvəlcədən bilirdim ki, zədədən sonra 90 dəqiqə oynamaq asan olmayacaq. Bunu nəzərə alan məşqçi 45 dəqiqə sonra, əvəzimə zədədən qayıdan digər futbolçu Rondonu meydana buraxdı.
- Nə vaxt start heyətdə oynayacağını?
- Oyundan əvvəlki məşqlərdə start heyətdə olacağımı hiss etmişdim. Məşqçilər korpusu da hazır olmağımı bildirmişdi. Mən hər oyunda meydana çıxacağıma ümid etdiyim üçün hər zaman hazır olmağa səy göstərirəm.
- Oyun haqda fikirlərini bilmək maraqlı olardı...
- Belçika təmsilçisi evdə çox inamlı təsir bağışladı. Sürətli futbolçuların hesabına bizə çətinlik yaratsalar da, sonda təcrübə hesabına qələbə qazandıq.
- Rusiya mətbuatı 45 dəqiqə oynamağına baxmayaraq, oyununu yüksək qiymətləndirib.
- Futbolçunun yaxşı oynamasının başlıca səbəbi onun oyun praktikasıdır. Nə qədər var gücümlə məşq etsəm də, oyun praktikası olmadan inkişaf etmək mümkün deyil. Mən hər zaman meydana çıxmağımı gözləyirəm ki, ümidləri doğrulda bilim. Buna nə dərəcədə nail olduğumu siz jurnalistlər qiymət verirsiniz.
- Pley-offda hansı komanda ilə oynamaq istərdin?
- "Rubin" üçün asan rəqib istəyirəm. Bu mərhələdə güclü rəqib olmasını istəməzdim. Əgər güclü rəqib olacaqsa, qoy elə "Yuventus"a qarşı oynayaq.
- Avroliqadakı hədəfləriniz dəyişməyib?
- "Rubin"in Avropa Liqasındakı tək hədəfi çempionluqdur. Komandanın potensialı belə düşünməyə əsas verir. Bildiyiniz kimi, ötən mövsüm "Rubin"i mübarizədən "Çelsi" uzaqlaşdıra bildi. Sonda məhz zadəganlar çempion oldu. Bu dəfə finala qədər irəliləmək istəyirik.
- İl başa çatır. Sənin fikrincə Azərbaycanda ilin futbol məşqçisi və futbolçusu kimdir?
- Avropa Liqasındakı uğurlu çıxışına görə Qurban Qurbanovun adını çəkərdim. Futbolçu kimi isə Rəşad Sadıqovla Mahir Şükürov arasında seçim etmək lazımdır. Hər ikisi bu ada layiqdir.