13 dekabr 2013 00:26
Sumqayıt bankirlərlə oyuna hazırlaşır
Topaz Premyer Liqasının 17-ci turunda səfərdə "İnter"lə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, havanın qarlı olmasına baxmayaraq, komanda məşqə planlaşdırdığı vaxtda çıxıb.
Bir müddət əvvəl məşqdə zədələnən qapıçı Tərlan Əhmədlidən başqa heyətdə itki yoxdur. "Sumqayıt" FK sabah oyunun keçiriləcəyi saatda "Şəfa" stadionunda oyunöncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, "İnter" - "Sumqayıt" oyunu dekabrın 14-də 17:00-da "Şəfa" stadionunda start götürəcək.
(Klub saytı)
