13 dekabr 2013 12:55
Dənizli Abdullayevi mükafatlandırma mərasiminə buraxmadı
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli, komandanın yarımmüdafiəçisi Elnur Abdullayevin futbol üzrə Topaz Premyer Liqasının noyabr ayı üçün ən gözəl qol müəllifinə təqdim ediləcək mükafatı almaq üçün, tədbirə getməsinə icazə verməyib. Azerisport.az xəbər verir ki, cənublular milli çempionatın 17-ci turu çərçivəsində “Rəvan”a qarşı keçiriləcək oyuna hazırlaşır.
Dənizli belə vacib məqamda futbolçusunun tədbirdə iştirakını məqsədəuyğun saymayıb.
