13 dekabr 2013 12:44
Azər Məhərrəmov: Biz Topazın Azərbaycan futbolunun inkişafı yönündə addımlarını yüksək qiymətləndiririk
“Azəridmanservis”in icraçı direktoru Azər Məhərrəmov Topaz idman mərc oyunları operatorunun Azərbaycan futbolunun inkişafı yönündə addımlarını yüksək dəyərləndirir. Azerisport.az xəbər verir ki, Məhərrəmov bunları söyləyib:
“Biz Topazın Azərbaycan futbolunun inkişafı yönündə addımlarını yüksək qiymətləndiririk. Artıq neçənci dəfədir ki, ayın ən yaxşılarını müəyyən etmək üçün toplaşırıq. Noyabrda Vaqif Cavadov və Elnur Allahverdiyev ən yaxşı oldular. Onları təbrik edir və uğurlar diləyirik”.
