13 dekabr 2013 11:44
Azərbaycan UEFA əmsallar cədvəlində gerilədi
Avropa Liqasının 6-cı turundan sonra UEFA-nın əmsallar cədvəlində dəyişikliklər baş verib. Azerisport.az xəbər verir ki, Moldova və Sloveniya əmsallar cədvəlində Azərbaycanı qabaqlayıb.
Bu, adıçəkilən ölkələrin komandalarının Avropa Liqasında uğurlu çıxışı ilə əlaqədardır. “Şerif” (Moldova) və “Maribor” (Sloveniya) müvafiq olaraq “Tromsö” (Norveç) və “Uiqan” (İngiltərə) üzərində qələbə qazanıb.
Sloveniya 10,750 xalla ölkəmizi geridə qoyub. Moldova isə Azərbaycanla bərabər miqdarda xala sahib olub: 10,375.
Xatırladaq ki, bu mövsümün əmsallar cədvəli, 2015-16-cı illər mövsümündə komandaların avrokuboklarda təmsilini müəyyən edəcək. Ötən il komandamız reytinqdə 37-ci pillədə qərarlaşsa da, bu il öz göstəricisini beş pillə yaxşılaşdıra bilib.
