13 dekabr 2013 11:22
Bakı Atletikoya məğlub oldu (FOTOLAR)
Madriddə təlim-məşq toplantısını davam etdirən “Bakı” klubunun U-14 komandasının üzvləri geridə qalmış iki gün ərzində bir-birindən maraqlı hadisələrin şahidi olublar. Azerisport.az xəbər verir ki, 11 dekabr gününü paytaxta gəzinti ilə başlayan gənc futbolçular, axşam UEFA Çempionlar Liqasının "Atletiko" - "Porto" oyununu Vidente Kalderon stadionun tribunlarından canlı izləyiblər. "Atletiko"nun 2:0 hesablı qələbəsi ilə başa çatan oyun həyəcanlı anlara səbəb olub.
Həmin gün nümayəndə heyətində yer alan məşqçilər klubun idarəçiləri ilə bir araya gəliblər. Xarici əlaqələrə və əməkdaşlıq layihəsinin rəhbəri Mariya Tereza Çirivi ilə bir araya gələn məşqçilər, U-15 komandasının Madriddə təlim keçən 5 üzvü ilə bağlı ətraflı məlumat alıblar. "Bakı" futbol akademiyasının baş koordinatoru Yuksel Kepoğlu gənc futbolçuların şəraiti ilə tanış olaraq, hazırlığın gedişini əks etdirən hesabatı dinləyib.
Bu arada U-14 komandası daha bir yoxlama oyunu keçirib və 1:5 hesabı ilə məğlub olub. Xatırladaq ki, ilk oyunda bakılılar qaib gəlmişdi.
U-14 komandası ispan məşqçilərin nəzarəti altında məşqlərini davam etdirir.Komandamızın daha bir yoxlama oyunu keçirəcəyi nəzərdə tutulub.

(Klub saytı)