13 dekabr 2013 11:11
17-ci turun mərkəzi oyunları mavi ekranlarda
Topaz Premyer Liqasının 17-ci turunun iki oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşıdakı turun iki mərkəzi oyunu canlı yayımlanacaq:
Topaz Premyer Liqası, 17-ci tur
15 dekabr (bazar)
“Bakı” - “Qarabağ”
“Bakı” FK-nın təlim məşq bazasının stadionu, 14:00 (canlı, “İdman Azərbaycan”).
“Neftçi” - “Qəbələ”
“Bakcell Arena”, 18:00 (canlı, “İdman Azərbaycan”).
