13 dekabr 2013 10:44
Dördlər finalı Sərhədçi idman kompleksində baş tutacaq
Futzal üzrə UEFA Kubokunun Dördlər finalı “Sərhədçi” idman kompleksində keçiriləcək. Azerisport.az xəbər verir ki, mini-yarışda “Araz”, Barselona (İspaniya), “Kayrat” (Qazaxıstan), “Dinamo” (Moskva, Rusiya) iştirak edəcək.
Xatırladaq ki, oyunlar 2014-cü ilin aprel ayının sonunda keçiriləcək.
