13 dekabr 2013 10:33

Qurban Qurbanov: Mənim üçün “qış çempionu” anlayışı mövcud deyil

 “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Bakı”ya qarşı keçiriləcək oyun, kadr problemləri və milli komandanın baş məşqçisi haqda danışıb.
 
- Belə havada məşqlər necə gedir?
- Yaxşı. Pis alınmır. Buna rəğmən, qarlı meydanda əlbəttə ki, çətindir. Necə deyərlər, təbiətin pis havası yoxdur. Bu qarda hansı qazonda məşq etdiyimizi deməyəcəyəm. Qoy, sirr qalsın (gülür).
 
- Havalar yaxşılaşmasa, 17-ci tur çətin ki baş tutsun...
- Hər hava şəraitinə hazır olmaq lazımdır. Turu keçirmək üçün, müəyyən vaxt belə yoxdur. Belə havada oyunlara öyrəşmək lazımdır.
 
- Bu itkilərlə “Bakı”ya qarşı necə oynayacaqsınız?
- Bəli, çatışmazlıq var. Ancaq nə etmək olar? Bu oyunda bizə Rəşad Sadıqov, Riçard Almeyda, Reynaldo və Admir Teli kömək edə bilməyəcək.
 
- Bəs Vüqar Nadirov və Maksim Medvedev?
- Onlar bizimlə məşq edir. Kiçik zədələri var. Düşünürəm ki, oyuna hazır olacaqlar.
 
- “Neftçi” ilə oyundan sonra (3:1) komandanızı ancaq tənbəllər tərifləmirdi. Arxayınlıqdan qorxmursunuz?
- Bu oyundan sonra nəinki bizi, “neftçilər”i də tərifləyirdilər. Onlar da yaxşı futbol göstərdi. Ümumilikdə oyun, yaxşı alındı. Hər iki komanda mövsümdə ən yaxşı oyunlarından birini göstərdi. Sadəcə, nəticə bizim tərəfimizdə idi. Mənim oyunçularım təcrübəlidir. Ancaq inanmıram ki, kimdəsə arxayınlıq, hisslərə qapanma baş qaldırsın.
 
Qarşıda bizi “Bakı” ilə çətin oyun gözləyir. Əminəm ki, onlar bu oyuna xüsusi ilə köklənəcəklər. Komandanın hər bir oyunçusu bunu başa düşməli, nəzərə almalıdır ki, heyətdə itkilər var və oyuna mütləq hazır olmalıdır.
 
- Futbolçular qarşısında dövrənin son iki oyununda qələbə qazanıb “qış çempionu” olmaq və fasiləyə yaxşı əhvalda yollanmaq tapşırığı qoymamısınız?
- “Qış çempionu” anlayışı mənim üçün heç nə demək deyil. Axı bununla çempionat başa çatmır və qarşıda bizi çox oyun gözləyir. Ayrılıqda hər tur bizim üçün vacibdir.
 
- Berti Foqtsla müqavilənin sonu yaxınlaşmasına rəğmən, sizi çox az adam mümkün namizəd qismində xatırlayır. Yəqin bu sizi sakitləşdirir və fikrinizi öz işinizə cəmləməyə imkan verir. Bu, belədirmi?
- Hər şey qaydasındadır (gülümsəyir). Bunu xatırlamayaq.
 
- Görünür, Berti Foqtsla müqavilə daha bir təsnifat mərhələsinə qədər uzadılacaq. Hadisələrin belə gedişinə münasibətiniz necədir?
- Azərbaycan yığmasının sükanı arxasında kimin dayanmasından asılı olmayaraq, mən onu dəstəkləyəcəyəm və imkan daxilində kömək edəcəyəm. Axı bu bizim əsas futbol komandamızdır. Bu komandanın uğuru - bizim uğurumuzdur. Foqts qalacaq ya yox, bir azərbaycanlı kimi mən hər bir köməyi edəcəyəm. Bu isə ilk növbədə “Qarabağ”ın oyunçularının milliyə yaxşı formada getməsidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.