13 dekabr 2013 16:44
Azərbaycan 118-ci sırada
FIFA futbol üzrə qadınlardan ibarət yığmaların reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan cədvəldə 118-ci pillədə qərarlaşıb.
Yığmamız hesabında bir xal belə olmadan, müvafiq göstəriciyə malik qonşu komandaların sırasında yer alıb. Reytinqə 2228 xalla ABŞ liderlik edir.
