13 dekabr 2013 16:22
Xəzər Lənkəran Rəvana qarşı oyuna hazırlaşır
Bazar günü Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Rəvan”ı qəbul edəcək “Xəzər Lənkəran” Lənkərandakı bazasında hazırlığını davam etdirir. Azerispot.az xəbər verir ki, dünən qar yağması səbəbindən məşqini qapalı süni örtüklü meydanda keçirən “Xəzər Lənkəran”, bu gün ehtiyat meydanda məşqinə çıxıb.
11.30-da başlayan hazırlıq əsasən taktiki çalışmalardan ibarət oldu və bütün futbolçular məşqdə iştirak etdi. Sabah oyunöncəsi son məşqini keçirəcək “Xəzər Lənkəran” matç saatını gözləyəcək.
Xatırladaq ki, “Xəzər Lənkəran” - “Rəvan” matçı 16:00-da start götürəcək.
(Klub saytı)
