13 dekabr 2013 16:16
Lənkəran stadionu qardan təmizlənir
“Xəzər Lənkəran” futbol üzrə Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Rəvan”a qarşı keçiriləcək oyuna hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, güclü qar yağması səbəbi ilə, şəhər stadionu qar örtüyü altında qalıb.
Hazırda klub işçiləri qarın təmizlənməsi ilə məşğuldur. Oyun günü stadionun tam hazır olacağı bildirilir.
