13 dekabr 2013 16:00
Sumqayıt FK-da akademiyanın məşqçiləri ilə görüş keçirildi (FOTO)
"Sumqayıt" futbol klubunun prezidenti Kamran Quliyev və əsas komandanın baş məşqçisi Aqil Məmmədov akademiyanın məşqçiləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, görüş zamanı akademiyada fəaliyyət göstərən klubların nəticələri, komandadakı vəziyyətlər və başqa məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb.
Klub rəhbərliyi və Aqil Məmmədov tərəfindən məşqçilərə bəzi göstəriş və tapşırıqlar verilib.
(Klub saytı)

