13 dekabr 2013 15:44
Elnur Abdullayev: Dənizli oyunçulara münasibətdə nizam-intizamı sevir
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi, futbol üzrə Topaz Premyer Liqasının noyabr ayı üçün ən gözəl qolunun müəllifi Elnur Abdullayev azerisport.az saytına müsahibəsində, mükafatlandırma mərasimində iştirak etməməsinə aydınlıq gətirməklə yanaşı, Toşak və Dənizli arasındakı fərqlərə və ölkə çempionatı çərçivəsində keçiriləcək ilin son iki oyuna toxunub.
- Nə üçün mükafatlandırma mərasimində yox idiniz?
- Öz mükafatımı şəxsən almaq istəyirdim. Ancaq Dənizli özü mənən dedi ki, səhər məşqinə görə mən Bakıya gedə bilmərəm. Onun qərarına anlaşıqla yanaşdım. Axı komanda heç də yaxşı vaxtlarını yaşamır.
- Bu, sizin ilk fərdi mükafatınızdır?
- Bəli. Mənə bu mükafatı almaq xoşdur. Ümid edirəm ki, son deyil. Görünür, bu mükafatı şəxsən almaq qismət deyilmiş. Növbəti dəfə alaram (gülümsəyir).
- Vurduğunuz qolun noyabrda ən gözəl qol olduğu ilə razısınız?
- Seçilmiş bütün qollar gözəl idi. Ancaq mənim qolumun daha gözəl olduğu ilə razıyam.
- Dənizlinin gəlişi ilə futbolçuların gün rejimi sərtləşib. Bu, düzdür?
- Hər məşqçinin öz yanaşma tərzi var. Dənizli komandanın tez-tez birgə olmasını sevir. Bəli, o, sərt məşqçidir. Nizam-intizam onun üçün hər şeydən irəlidir. Con Toşak oyunçulara münasibətdə yumşaq idi və çox sərbəstlik verirdi.
- Bizim futbolçulara az miqdarda sərbəstlik vermək yaxşı olar?
- (Bir qədər düşünüb) Vaxt göstərəcək. Düşünürəm ki, bizdə hər şey yaxşı olacaq.
- İrəlidə “Rəvan”a qarşı oyun var?
- Ancaq qələbə lazımdır. Nə qədər xal itirmək olar?! Qələbə qazanmaq vaxtıdır. Bu əsnada da, Lənkərandakı hava şəraiti heç də yaxşı deyil.
- Yeri gəlmişkən, sizin komanda üçün ilin son iki oyunu hazırkı iki autsayderə qarşıdır - “Rəvan” və “Sumqayıt”.
- Bu, o demək deyil ki, asan olacaq. Rəqiblərə hörmətlə yanaşırıq. Ancaq bu oyunlarda altı xal götürmək lazımdır.
- Yəqin ki, qışda “Xəzər Lənkəran”ı kadr dəyişiklikləri gözləyir. Dənizlinin komandasının göyərtəsindən kənarda qalmaqdan qorxmursunuz?
- Mənim müqavilə üzrə hələ bir ilim var. Heç nə deyə bilmərəm. Lazım olsam, saxlayacaqlar. Yoxsa, getməliyəm. İşimi sona qədər davam edəcəyəm. Hələ ki, lazımam.
