13 dekabr 2013 15:15
Ruslan Abışov: Berdıyev bir hissə oynayacağımı demişdi
Azərbaycan yığmasının və “Rubin”in müdafiəçisi Ruslan Abışov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçikanın "Sulte-Varegem" komandasına qarşı oyunda (2:0) bir hissə oynamasına aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, Abışov bunları söyləyib:
“Bir hissə oynayacağımı əvvəlcədən bilirdim. Qurban Berdıyev dedi ki, zədədən sonra risk etməsək yaxşıdır. 90 dəqiqə mənim üçün böyük yük ola bilərdi. Mənə hələ bir qədər vaxt lazımdır”.
Xatırladaq ki, Abışov fasilədə Salomon Rondonla əvəzlənmişdi.
