13 dekabr 2013 14:33
Cavadov Foqts barəsində nə dedi?
Milli komandamızın aparıcı futbolçusu Vaqif Cavadov, baş məşqçi Berti Foqtsun yığmada qalıb-qalmaması məsələsinə öz fikrini bildirib. Azerisport.az saytının əməkdaşına verdiyi açıqlamada, o, almaniyalı mütəxəssisin vəzifəsini davam etdirməsinə tərəfdar olduğunu deyib:
“Nəticəyə baxanda, Foqsun millidə baş məşqçi qalmasını istərdim. Amma bu onu deməyə əsas vermir ki, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, əmim İsgəndər Cavadovun yaxın günlərdə ölkə mətbuatına verdiyi müsahibədə, Foqtsun qalmasına səs verəcəyini bəyan etməsi, mənə də öz təsirini göstərib. Qətiyyən.
Bu mərhələdə biz yaxşı çıxış etdik. İlk dəfə qrupda 4-cü olduq. Cəmi 3 dəfə uduzduq. Foqstla çox artırmışıq. İnanıram ki, yeni baş məşqçi gələrsə də, bu uğurun davamı olacaq. Hədəfimiz gələn təsnifatda növbəti mərhələyə adlamaqdır”.
