13 dekabr 2013 13:44
Ahmet Sezer: Azərbaycanlı futbolçuların qalib gəlməsi xoşdur
“Azerinteltek” idarəsinin rəhbəri Ahmet Sezer futbol üzrə Topaz Premyer Liqasının noyabr ayı üçün ən yaxşı adını yerli futbolçuların qazanmasına və “Xəzər Lənkəran”ın sükanı arxasına Mustafa Dənizlinin gəlişinə münasibətini bildirib. Azerisport.az xəbər verir ki, Sezer bunları söyləyib:
“Arıtq altı ildir ki, mən bura gəlirəm. Yerli futbolçuların bu nominasiyada qalib gəlməsi xoşdur. Azərbaycan futbolunun böyük uğurlarını gözləyirik. Mustafa Dənizlinin gəlişini qeyd edərdim. Onun kimi mütəxəssislər Azərbaycan futboluna çox şey verəcək. Dənizli Türkiyənin üç nəhəngini çempionluğa daşımış yeganə məşqçidir. Azərbaycan futboluna müsbət yanaşıram”.
