13 dekabr 2013 13:22
Ahmet Sezer: Azərbaycanlı hakimlər öz işlərini bilir
“Azerinteltek” idarəsinin rəhbəri Ahmet Sezer futbol üzrə Topaz Premyer Liqasının oyunlarına əcnəbi hakimlərin cəlb edilməsi fikrinə münasibətini bildirib. Azerisport.az xəbər verir ki, Sezer bunları söyləyib:
“Əcnəbi hakimlər yaxşı heç nə gətirməyəcək. Ən yaxşısı, yerlilərlə uğur əldə etməkdir. Səhvlər olub və olacaq. Bu, normaldır. Əsas odur ki, yanlış qənaət olmasın. Səbirli olmaq lazımdır. Mən hesab edirəm ki, azərbaycanlı hakimlər öz işlərini bilir”.
