13 dekabr 2013 13:13
Ahmet Sezer: Biz 230 milyon uduş paylamışıq
“Azerinteltek” idarəsinin rəhbəri Ahmet Sezer bildirib ki, idman mərc oyunları operatoru "Topaz", gələcəkdə də PFL ilə futbol üzrə Azərbaycan çempionatının inkişafı yönündə əməkdaşlıq etmək niyyətindədir. Azerisport.az xəbər verir ki, Sezer bunları söyləyib:
“Biz gələcək əməkdaşlığı istəyirik. Əgər Azərbaycan futbolunun inkişafında bizim də rolumuz varsa, biz buna şadıq. Biz artıq 230 milyona yaxın uduş paylamışıq. “Topaz”ın özündə isə 1000 nəfərə qədər adam işləyir. 25 mükafatı ən yaxşı oyunçulara vermişik”.
