13 dekabr 2013 13:05
Vaqif Cavadov: Azərbaycan futbolunu ancaq yerli futbolçular qaldıra bilər
“İnter”in kapitanı Vaqif Cavadov futbol üzrə Topaz Premyer Liqasının noyabr ayı üçün ən yaxşı futbolçuların yerli futbolçular olmasına şaddır. Azerisport.az xəbər verir ki, Cavadov bunları söyləyib:
“Yerli futbolçuların növbəti dəfə ən yaxşı olmasına şadam. Bu, sevindiricidir. Mən hesab edirəm ki, futbolu ölkədə yalnız yerli futbolçular dirçəldə bilər”.
