12 dekabr 2013 00:39
Ruslan Abışov Avroliqa matçına hazırlaşır (FOTO)
Rusiyanın "Rubin" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək son oyununa - Belçika "Sulte-Varegem"i ilə qarşılaşmaya hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, hazırlıqlarda futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov da yaxından iştirak edir.
Qeyd edək ki, Kazan klubu artıq pley-off mərhələsinə vəsiqəni təmin edib. Bu üzdən baş məşqçi Kurban Berdıyevin bu oyunda Ruslana da şans verməsi istisna olunmur. Futbolçumuzun start heyətdə meydana çıxması gözlənilir.
"Sulte-Varegem" - "Rubin" matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

