12 dekabr 2013 00:16
Rəvan Xəzər Lənkəranla matça tam heyətlə hazırlaşır
Topaz Premyer Liqasının növbəti turunda "Rəvan” Lənkərana səfər edəcək. Azerisport.az xəbər verir ki, paytaxt klubu turnir cədvəlində qonşu olan "Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək.
"Aslanlar” bu oyunun hazırlıqlarını davam etdirir. Komanda tam tərkibdə məşq keçir. Artıq Elvin Həsənəliyev də ümumi qrupa qoşulub.
Klub saytının yaydığı məlumata görə, hazırda yalnız zədəli Tofiq Mikayılov komanda ilə birgə deyil.
