12 dekabr 2013 10:20

2013-cü ilin ən yaxşısı ola biləcək 5 futbolçu

Dekabrın 17-də AFFA futbol üzrə Azərbaycan yığmasının 2013-cü il üçün ən yaxşı futbolçusunu elan edəcək. Azerisport.az bu ada namizəd beş futbolçunun təhlilini diqqətinizə çatdırır.
 
Kamran Ağayev, qapıçı. “Bakı”nın qapıçısı üçün mövsüm birmənalı alınmadı. Ancaq yığmada Ağayev çox sabit çıxış edib. Onun aktivində üç “quru” oyun var. Lüksemburq və Rusiya yığmalarına qarşı oyunları da xüsusi ilə qeyd etməyə dəyər. Lüksemburqla oyunda Ağayev komandasını biabırçı məğlubiyyətdən xilas etməklə yadda qaldı. Rusiya yığmasına qarşı oyun isə fədakar qurtarışlarla əlamətdar idi. O, ruslara hesabı artırmağa imkan vermədi. Qiymətləndirməyə əsasən, ortaq göstəricilərə görə, Ağayev təsnifat mərhələsində Azərbaycan yığmasının heyətində ən yaxşı idi. Bu hal, cari mövsümdə də müşahidə edilir.
 
Ruslan Abışov, yarımmüdafiəçi. “Rubin”də oyun praktikasını itirməsinə rəğmən, Abışov milli komandada işlək mexanizmin tərkib hissəsi, əvəzedilməz ünsürü olduğunu sübut etdi. Kifayət qədər tez-tez büdrəsə də, 2013-cü ildə pis görünmürdü. Onun hesabında Lüksemburq yığmasının qapısına qol var. Rusiya yığmasına qarşı layiqli oyun göstərmiş müdafiəçi, komandaya bir xal qazanmaqda kömək etməklə yanaşı, millinin məğlub olmayacağı haqda mərc gələrək, “Rubin”li həmkarı Aleksandr Ryazantsevdən qiymətli hədiyyə də aldı. Həmçinin, Abışov bu təsnifat mərhələsində Azərbaycan yığmasının ən yaxşı bombardiri oldu.
 
Rəşad Sadıqov, müdafiəçi. Millinin kapitanı mövsümü kifayət qədər sabit keçirdi. Bu, futbolçunun yığmadakı çıxışına da aiddir. Fərqlənə bilməsə də, artıq neçənci dəfə müdafiədən başqa mövqedə də xeyirli olduğunu göstərdi. Çətin anlarda o, öz öhdəsinə yaradıcı funksiyanı da götürməyə çalışırdı. Sadıqovun Şimali İrlandiya və Rusiya yığmalarına qarşı oyunlarını xüsusilə qeyd etmək lazımdır. Ancaq sadalananların ən yaxşı adını qazanmağa kifayət edib-etməyəcəyi hələlik sual olaraq qalır.
 
Mahir Şükürov, müdafiəçi. Cərimə zərbəsindən gözəl qol vurmaqla millinin Şimali İrlandiya yığması üzərində qələbəsini rəsmiləşdirdi. Oyundaşlarından zərbəni yerinə yetirməyi xahiş etdi və yaılmadı. Ümumilikdə yığmada ili yaxşı keçirdi. Büdrəmədi. Bəzi oyunlarda isə kapitan sarğısını daşımışdı.
 
Rüfət Dadaşov, hücumçu. Maltaya yığmasına qarşı oyunu çox parlaq keçirdi. Rəsmi görüşdə isə Şimali İrlandiya yığmasına qarşı eyni ilə çıxış etdi. Digər oyunlarda kifayət qədər qeyri-sabit çıxışına baxmayaraq, yığmanın əsas heyətində yerini möhkəmləndirə bildi. Rüfət Dadaşovun çatışmayan cəhəti yüksək səviyyədə oyun təcrübəsinin olmamasıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.