13 dekabr 2013 00:11
Ruslan Abışovlu Rubin qalib gəldi
Bu gün Rusiyanın "Rubin" komandası Avropa Liqasının qrup mərhələsi çərçivəsində, Belçikanın "Sulte-Varegem" komandasına qarşı son oyununa çıxıb. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov, qonaqların heyətində əsas heyətdə meydana çıxmaq şansını qazanıb.
Qeyd edək ki, Kazan klubu artıq pley-off mərhələsinə vəsiqəni təmin etsə də, səfərdə 2:0 hesabı ilə inamlı qələbə qazanaraq növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. Ruslan Abışov meydanda ilk hissəni mübarizə aparıb və fasilədə əvəzlənib.
