12 dekabr 2013 22:00
Dördlər Finalı Bakıda keçiriləcək
Futzal üzrə UEFA Kubokunun final mərhələsinin oyunlarının Bakı şəhərində təşkil olunması üçün AFFA UEFA-ya müraciət etmiş, Avropa futbol qurumunun ekspertləri bununla bağlı Bakıda monitorinq aparmışdı. Azerisport.az xəbər verir ki, monitorinqlə bağlı hesabat UEFA İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında təqdim olunub və hesabata əsasən futzal üzrə UEFA Kubokunun final mərhələsinin oyunlarının Bakı şəhərində təşkil olunması ilə bağlı qərar qəbul edilib.
“Barselona” (İspaniya), “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan) və Azərbaycan çempionu “Araz”ın mübarizə aparacağı “Dördlər finalı”nın oyunları 2014-cü ilin aprel ayında Sərhədçi İdman Olimpiya Kompleksində keçiriləcək.
Xatırladaq ki, “Araz” əsas seçmə mərhələnin ilk oyununda Hollandiyanın “Eyndhoven” komandasına 6:3, ikinci qarşılaşmada Macarıstanın "Qyor ETO" klubuna 5:0, Portuqaliyanın "Sportinq" klubuna isə 6:3 hesabı ilə qalib gələrək final mərhələsinə vəsiqə qazanıb.
(AFFA)
