12 dekabr 2013 21:00
Xəzər Lənkəranın sabiq hücumçusu yeni klubda
“Xəzər Lənkəran” komandasının sabiq hücumçusu Dimitris Sialmas özünə yeni klub tapıb. Azerisport.az yunan KİV-nə istinadən xəbər verir ki, Sialmas Kriti təmsil edən yerli “Platanias” klubu ilə müqavilə bağlayıb.
Müqavilə yarım ilə nəzərdə tutulub. Futbolçu özü isə komandaya gələn ilin yanvarın 1-dən qoşulacaq.
