12 dekabr 2013 17:17
Ruslar üçün Azərbaycan ilə oyun, Portuqaliya və Braziliyadan daha maraqlıdı
Rusiya azarkeşləri üçün Azərbaycan yığmasına qarşı oyun, Portuqaliya və Braziliya millilərinə qarşı oyundan daha maraqlıdır. Azerisport.az xəbər verir ki, Rusiya KİV-i televiziya tamaşaçılarının yığmanın oyunlarına marağının azaldığını qeyd edib.
Son on ildə bu göstərici ən aşağı həddinə çatıb. 21,6 milyon tamaşaçı kütləsi ilə, DÇ-2014-ün təsnifat mərhələsində Azərbaycan yığmasına qarşı keçirilmiş oyun, daha çox auditoriya toplamış oyun olub.
Bu görüş, müvafiq göstərici ilə Rusiya yığmasının İsrail (13,1 mln.), Portuqaliya (10,2 mln.) və Braziliya (6,3 mln.) yığmalarına qarşı keçirdiyi oyunların teletamaşaçı göstəricisini geridə qoyub.
