12 dekabr 2013 17:00
Ruslan Abışov Avroliqa şansının intizarında
Bu gün Rusiyanın "Rubin" komandası Avropa Liqasının qrup mərhələsi çərçivəsində, Belçikanın "Sulte-Varegem" komandasına qarşı son oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun, böyük ehtimalla bu oyunda iştirak şansı var.
Qeyd edək ki, Kazan klubu artıq pley-off mərhələsinə vəsiqəni təmin edib. Bu üzdən baş məşqçi Kurban Berdıyevin bu oyunda Ruslana da şans verməsi istisna olunmur. Futbolçumuzun start heyətdə meydana çıxması gözlənilir.
"Sulte-Varegem" - "Rubin" matçı bu gün Bakı vaxtı ilə 22:00-da başlayacaq.
